Rusiya prezidenti ölkə ərazisində tutulan casusların sayını açıqlayıb

Rusiya prezidenti ölkə ərazisində tutulan casusların sayını açıqlayıb Vladimir Putin: “Rusiya xüsusi xidmət orqanları ötən il 45 terror cinayətinin qarşısını alıb”
Region
16 Fevral , 2017 15:41
Rusiya prezidenti ölkə ərazisində tutulan casusların sayını açıqlayıb

Bakı. 16 fevral. REPORT.AZ/ “Rusiya xüsusi xidmət orqanları ötən il 45 terror cinayətinin, o cümlədən 16 terror aktının qarşısını alıb”.

“Report” RİA "Novosti”yə istinadən xəbər verir ki, bunu Rusiya Prezidenti Vladimir Putin Federal Təhlükəsizlik Xidmətinin kollegiyasında bildirib.

Onun sözlərinə görə, xarici xüsusi xidmət qurumlarının federasiya ərazisində fəallığı azalmayıb: “2016-cı ildə xarici xüsusi xidmət orqanlarının 53 ştatlı kadrının, 386 casusunun fəaliyyətinin qarşısı alınıb”.

Son xəbərlər

Orphus sistemi