Rusiya prezidenti oktyabrın əvvəlində Türkmənistana səfər edəcək

Rusiya prezidenti oktyabrın əvvəlində Türkmənistana səfər edəcək Danışıqların yekununda Rusiya və Türkmənistan arasında sənədlərin imzalanacağı gözlənilir
Region
29 Sentyabr , 2017 14:51
Rusiya prezidenti oktyabrın əvvəlində Türkmənistana səfər edəcək

Bakı. 29 sentyabr. REPORT.AZ/ Rusiya prezidenti Vladimir Putin oktyabrın əvvəlində Türkmənistana rəsmi səfər edəcək. 

Bu barədə "Report" Kremlin Mətbuat xidmətinə istinadən xəbər verir.

"Türkmənistan prezidenti Qurbanqulu Berdiməhəmmədovun dəvəti ilə Rusiya prezidenti Vladimir Putin oktyabrın 2-də Türkmənistana rəsmi səfər edəcək", - məlumatda deyilir.

Qeyd edilib ki, danışıqların yekununda Rusiya və Türkmənistan arasında sənədlərin imzalanacağı gözlənilir.

Müzakirələr zamanı siyasi, iqtisadi, ticarət, elmi-tədris və mədəni-humanitar sahələrdə ikitərəfli əməkdaşlığın inkişafının əsas məsələləri, eləcə də aktual regional problemlər müzakirə olunacaq.

Son xəbərlər

Orphus sistemi