Rusiya prezidenti: "Ərazi bütövlüyü ilə bağlı bütün məsələlər həll olunub"

Rusiya prezidenti: "Ərazi bütövlüyü ilə bağlı bütün məsələlər həll olunub" Mixail Qarbaçovun əməllərinə hüquqi qiymət verməklə hansı nəticələr əldə ediləcəyini demək çətindir.
Region
19 Dekabr , 2019 15:06
Rusiya prezidenti: Ərazi bütövlüyü ilə bağlı bütün məsələlər həll olunub

"Mixail Qarbaçovun əməllərinə hüquqi qiymət verməklə hansı nəticələr əldə ediləcəyini demək çətindir".

“Report” xəbər verir ki, bu barədə Rusiya prezidenti Vladimir Putin ənənəvi mətbuat konfransı zamanı 1991-ci ilin dekabr ayında SSRİ-nin süqutuna hüquqi qiymət vermək zərurətinə dair suala cavab verərkən bildirib.

“Ərazi bütövlüyü baxımından bunun nə səmərə verəcəyini deyə bilmərəm. Orada bütün məsələlər həll olunub, sənədlər imzalanıb. Bunlara hüquqi qiymət verməklə nəyinsə dəyişib-dəyişməyəcəyi mənim üçün qaranlıqdır”, – Rusiya lideri qeyd edib.

Son xəbərlər

Orphus sistemi