Rusiya Prezidenti ABŞ-ın təşəbbüsü ilə keçirilən sammitdə iştirak etməyəcək

Rusiya Prezidenti ABŞ-ın təşəbbüsü ilə keçirilən sammitdə iştirak etməyəcək Rusiya Prezidenti Vladimir Putin koronavirus pandemiyası ilə əlaqədər ABŞ-ın təşkilatçılığı ilə keçiriləcək sammitə qatılmayacaq.
Region
20 Sentyabr , 2021 14:28
Rusiya Prezidenti ABŞ-ın təşəbbüsü ilə keçirilən sammitdə iştirak etməyəcək
Vladimir Putin

Rusiya Prezidenti Vladimir Putin ABŞ-ın təşkilatçılığı ilə koronavirus pandemiyası ilə mübarizəyə dair keçiriləcək qlobal sammitə qatılmayacaq.

“Report” “RİA Novosti”yə istinadən xəbər verir ki, bunu Rusiya Prezidenti Vladimir Putinin sözçüsü Dmitri Peskov deyib.

O bildirib ki, V.Putinin həmin zirvə görüşündə iştirak etməklə bağlı planı yoxdur: "Rusiyanın tədbirdə iştirakı diplomatik kanallarla müəyyən ediləcək".

Qeyd edək ki, sentyabrın 22-də ABŞ-ın sədrliyi ilə koronavirus pandemiyası ilə mübarizəyə dair qlobal sammit keçiriləcək.

Son xəbərlər

Orphus sistemi