Rusiya oktyabrdan bəzi ölkələrlə hava əlaqəsini bərpa edir

Rusiya oktyabrdan bəzi ölkələrlə hava əlaqəsini bərpa edir Rusiya oktyabrın 5-dən etibarən Cibuti, Danimarka, Yeni Zelandiya, Cənubi Afrika və Peru ilə uçuşları bərpa edir.
Region
135
23 Sentyabr , 2021 06:12
Rusiya oktyabrdan bəzi ölkələrlə hava əlaqəsini bərpa edir

Rusiya oktyabrın 5-dən etibarən Cibuti, Danimarka, Yeni Zelandiya, Cənubi Afrika və Peru ilə uçuşları bərpa edir.

"Report" xəbər verir ki, bu barədə Rusiyanın Operativ Qərargahı məlumat yayıb.

Qərargahdan verilən məlumata görə, uçuşların bərpası ayrı-ayrı ölkələrdəki epidemioloji vəziyyət nəzərə alınmaqla həyata keçirilir.

Bununla yanaşı, Yaponiya, Qırğızıstan, Özbəkistan, Danimarka, Bəhreyn, BƏƏ və Tacikistana uçuşların sayı artırılacaq.

Son xəbərlər

Orphus sistemi