Rusiya Odessa hava limanına raket zərbələri endirib, dağıntılar var

Rusiya Odessa hava limanına raket zərbələri endirib, dağıntılar var Rusiya Odessa hava limanına raket zərbələri endirib.
Region
30 Aprel , 2022 19:50
Rusiya Odessa hava limanına raket zərbələri endirib, dağıntılar var

Rusiya Ukraynanın Odessa hava limanına raket zərbələri endirib.

"Report" UNİAN-a istinadən xəbər verir ki, bu barədə “Cənub” əməliyyat komandanlığı məlumat yayıb.

Raket hücumu nəticəsində Odessa hava limanının uçuş-enmə zolağı zədələnib. Onun yenidən istifadəsi mümkün deyil.

Həmçinin, şəhərdə bir neçə partlayış səsi eşidilib. Odessa vilayətində hava həyəcanı elan edilib. Vətəndaşlardan sığınacağa getmələri xahiş olunub.

Son xəbərlər

Orphus sistemi