Rusiya nümayəndə heyəti AŞPA-nın qış sessiyasında iştirak etməyəcək

Rusiya nümayəndə heyəti AŞPA-nın qış sessiyasında iştirak etməyəcək Slutski: "Moskva yalnız bərabərhüquqlu şərtlərlə Strasburqa qayıdacaq"
Region
18 Yanvar , 2016 13:58
Rusiya nümayəndə heyəti AŞPA-nın qış sessiyasında iştirak etməyəcək

Bakı. 18 yanvar. REPORT.AZ/ Rusiya nümayəndə heyəti Avropa Şurası Parlament Assambleyasının (AŞPA) qış sessiyasında iştirak etməkdən imtina edib. "Report" Rusiya KİV-inə istinadən xəbər verir ki, bu barədə Rusiya Federasiyası Dövlət Dumasının deputatı, Rusiya Federasiyası Dövlət Dumasının MDB, Avrasiya inteqrasiyası və həmvətənlərlə iş üzrə komitəsinin sədri Leonid Slutski məlumat verib.

Yanvar sessiyasını buraxacaqlarını deyən Slutski sözlərinə belə davam edib: "Moskva yalnız bərabərhüquqlu şərtlərlə və nümayəndə heyətinə bütün səlahiyyətin qaytarılması halında Strasburqa qayıdacaq".

Xatırldaq ki, AŞPA-nın növbəti qış sessiyası yanvarın 25-29-da Strasburqda keçiriləcək.

Son xəbərlər

Orphus sistemi