Rusiya Nəqliyyat Nazirliyi "Tu-154" təyyarəsinin qəzaya uğramasının əsas versiyalarını açıqlayıb

Rusiya Nəqliyyat Nazirliyi "Tu-154" təyyarəsinin qəzaya uğramasının əsas versiyalarını açıqlayıb Maksim Sokolov: "Terror aktı versiyası prioritetlər arasında deyil"
Region
26 Dekabr , 2016 10:56
Rusiya Nəqliyyat Nazirliyi Tu-154 təyyarəsinin qəzaya uğramasının əsas versiyalarını açıqlayıb

Bakı. 26 dekabr. REPORT.AZ/ "Tu-154" təyyarəsinin qəzaya uğramasının əsas səbəbləri təyyarənin texniki vəziyyəti və ya pilot səhvi ola bilər.

"Report" RİA "Novosti"yə istinadən xəbər verir ki, bu barədə Rusiyanın nəqliyyat naziri Maksim Sokolov brifinqdə bildirib.

Nazir hava gəmisinin qəzaya uğraması ilə əlaqədar yaradılan hökumət komissiyasına rəhbərlik edir. Onun sözlərinə görə, Soçidə qəzaya uğrayan "Tu-154" təyyarəsində terror aktı törədilməsi versiyası prioritetlər arasında deyil.

Nazir hökumət komissiyasının işinin məqsədinin qəzanın səbəblərini araşdırmaq olmadığını, bu işlə Müdafiə Nazirliyi yanında istintaq və xüsusi texniki komissiyanın məşğul olduğunu vurğulayıb.

Xatırladaq ki, dünən səhər saatlarında Suriyaya istiqamət alan Rusiya Müdafiə Nazirliyinə məxsus "Tu-154" təyyarəsi Qara dənizin üzərindən uçarkən qəzaya uğrayıb. Nazirliyin məlumatına görə, təyyarənin göyərtəsində 92 nəfər - 8 ekipaj üzvü və 84 sərnişin olub. Sərnişinlər arasında 8 hərbçi, Aleksandrov adına hərbi ansamblın 64 artisti, Rusiya telekanallarının 9 əməkdaşı, "Ədalətli yardım" xeyriyyə fondunun rəhbəri Yelizaveta Qlinka və iki federal məmur olub. Qəza ilə bağlı cinayət işi başlanılıb.

Təyyarənin qəzaya uğradığı bölgədə axtarış-xilasetmə əməliyyatı davam etdirilir.

Son xəbərlər

Orphus sistemi