Rusiya NATO-nun Polşa və Baltikyanı ölkələrə qoşun göndərməsini cavabsız qoymayacaq

Rusiya NATO-nun Polşa və Baltikyanı ölkələrə qoşun göndərməsini cavabsız qoymayacaq Bunu ölkənin alyansdakı daimi nümayəndəsi Aleksandr Qruşko deyib
Region
31 Oktyabr , 2016 06:42
Rusiya NATO-nun Polşa və Baltikyanı ölkələrə qoşun göndərməsini cavabsız qoymayacaq

Bakı. 31 oktyabr. REPORT.AZ/ Rusiya NATO-nun 2017-ci ilin əvvəlində Polşa və Baltikyanı ölkələrə dörd batalyon göndərməsini cavabsız qoymayacaq.

"Report" xəbər verir ki, bunu Rusiyanın Şimali Atlantika Alyansındakı daimi nümayəndəsi Aleksandr Qruşko "İzvestiya" qəzetinə bildirib.

"NATO-nun Uelsdəki sammitindən bu yana alyans ölkələrinin nazirlər səviyyəsində keçirilən görüşləri Rusiya-NATO münasibətləri üçün, təəssüflər olsun ki, hər hansı bir müsbət siqnal verməyib. Alyansın tutduğu hazırkı yol get-gedə uzunmüddətli xarakter almağa başlayır. Xüsusilə, alyansın qondarma Şərq "cinahı"nın möhkəmləndirilməsi çərçivəsində batalyon səviyyəsində "gücləndirilmiş" çoxmillətli kontingentlərin formalaşdırılması prosesi gedir və bu batalyonlar 2017-ci ilin əvvəlində Baltik ölkələri və Polşada yerləşdiriləcək", - deyə Qruşko bildirib.

O, "NATO tərəfindən görülən tədbirlərin cavabsız qalmayacağını" qeyd edib. Diplomat, həmçinin bildirib ki, alyans Qara dəniz ərazisində də öz mövcudluğunu gücləndirir.

Son xəbərlər

Orphus sistemi