Bakı. 13 yanvar. REPORT.AZ/ Rusiya Federasiyasının Müdafiə Nazirliyi 2016-2020-ci illər üçün yeni müdafiə planı hazırlayacaq. "Report" "İTAR-TASS"a istinadən xəbər verir ki, bu barədə nazir Sergey Şoyqu məlumat verib.
"Biz Rusiya Federasiyasının 2016-2020-ci iilər üçün yeni müdafiə planını hazırlamalı, 2015-ci ildə dövlətin müdafiə sifarişinin vaxtında yerləşdirilməsi və şərtsiz icrasını təmin etməliyik ki, silah və hərbi texnikanın müasir nümunələri üzrə müəyyən olunan parametrlərə keçə bilək", - S.Şoyqu bildirib.
O xatırladıb ki, bu il Rusiya ordusu 700-ə yaxın zirehli maşın və 1 550 müxtəlif avtomobil, 126 təyyarə və 86 helikopter, eləcə 2 ədəd "İskander-M" raket-zenit kompleksi almalıdır.
S.Şoyqu xatırladıb ki, donanmaya 2 ədəd çoxfunksiyalı sualtı qayıq və 5 ədəd hərbi gəmi veriləcək.
2015-ci ildə Yeniseyskdə qrafiki 1 il qabaqlamaqla "Voronej-DM" yüksək zavod hazırlığı olan radiolokasiya stansiyasının hərbi növbətçiliyinə keçilməsi gözlənilir", - S.Şoyqu əlavə edib.