Rusiya ABŞ-ı Venesuela lideri Uqo Çavesin ölümündə ittiham edib.
“Report” xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyindən bildirilib.
Müdafiə qurumu Venesuela hakimiyyətinin məlumatlarına istinadən iddia edir ki, U.Çavesə “bədənə qısa müddət ərzində daxil olduqda xroniki xəstəliklərə səbəb olan və xərçəngin müxtəlif formalarının inkişafına yol açan” dərmanlar vurulub:
“Venesuela tərəfinin bilgisinə görə, həmin dərmanı Çavesi zəhərləmək üçün prezidentin çevrəsinə daxil olan Klaudiya Dias istifadə edib. O, Amerika kəşfiyyat orqanlarının köməyi ilə Venesuelanı tərk edib. Dias Amerika kəşfiyyat orqanları ilə əməkdaşlığının təfərrüatlarının mümkün açıqlanmasının qarşısını almaq üçün ABŞ-a aparılıb”.
Qeyd edək ki, Uqo Çaves 2013-cü ildə 58 yaşında xərçəng xəstəliyindən vəfat edib.