Rusiya koronavirusa görə vətəndaşlarını Hubeydən çıxardı

Rusiya koronavirusa görə vətəndaşlarını Hubeydən çıxardı Rusiya koronavirus epidemiyasına görə Çinin Hubey əyalətindən 144 nəfəri təxliyə edib.
Region
5 Fevral , 2020 10:21
Rusiya koronavirusa görə vətəndaşlarını Hubeydən çıxardı

Rusiya koronavirus epidemiyasına görə Çinin Hubey əyalətindən 144 nəfəri təxliyə edib.

“Report” xəbər verir ki, bu barədə Rusiyanın Pekindəki səfirliyi məlumat yayıb. 

Təxliyə edilən 144 nəfərdən 128-nin Rusiya, 16-nın isə MDB ölkələrinin vətəndaşları olduğu bildirilib. Hubeydən çıxarılanlar arasında koronavirus şübhəsinin olmadığı açıqlanıb.

Xatırladaq ki, ötən ilin son günündə Çin hökuməti Ümumdünya Səhiyyə Təşkilatına ölkənin şərq hissəsindəki Hubey əyalətinin Uhan şəhərində naməlum sətəlcəm xəstəliyinin yayılması barədə məlumat verib. Mütəxəssislər xəstəliyin törədicisinin yeni növ koronavirus (2019-nCoV) olduğunu müəyyənləşdirib. İndiyə qədər xəstəlikdən 490 nəfər ölüb, yoluxanların sayı isə 24 mini ötüb.

Son xəbərlər

Orphus sistemi