Bakı. 21 fevral. REPORT.AZ/ Rusiyanın Kommunist Partiyasının prezidentliyə namizədi Pavel Qrudinin hesab edir ki, ölüm cəzasına qoyulan moratorium ləğv edilməlidir.
"Report"un xəbər verir ki, bu barədə o, "Dojd" telekanalının efirində bildirib.
"Mən Rusiya Federasiyasında ölüm hökmü cəzasının tətbiq edilməsi ilə razıyam. Siz bununla razı deyilsiniz? Pedofillərə və manyaklara", - deyə Qrudinin efirdə bildirib.
Rusiyada ölüm hökmünə moratorium ölkənin Avropa Şurasına daxil olmasından sonra tətbiq edilib. Ölkədə son edam cəzası 1996-cı ildə tətbiq olunub.
Rusiyada prezident seçkiləri martın 18-də keçiriləcək.