Rusiya klubu iki gürcü reqbiçi ilə müqaviləni pozub

Rusiya klubu iki gürcü reqbiçi ilə müqaviləni pozub Rusiyanın “Slava” reqbi klubu iki gürcü oyunçu ilə müqaviləni dayandırıb.
Region
3 İyul , 2019 11:05
Rusiya klubu iki gürcü reqbiçi ilə müqaviləni pozub

Rusiyanın “Slava” reqbi klubu iki gürcü oyunçu ilə müqaviləni dayandırıb.

“Report”un Gürcüstan bürosu xəbər verir ki, buna reqbiçilər Rezi BrodzeliSaba İluridzenin oyun zamanı etdikləri jest səbəb olub.

Belə ki, topun yerə enməsindən sonra hər iki oyunçu əlləri ilə bir gözlərini bağlayaraq Gürcüstandakı hadisələrə dəstəklərini ifadə ediblər.

“Slava” klubunun rəhbərliyi bu jesti siyasi və antirusiya olduğunu hesab edib.

Müqavilənin pozulmasını reqbiçilərin özləri də təsdiqləyiblər. 

Son xəbərlər

Orphus sistemi