Bakı. 1 fevral. REPORT.AZ/ Rusiya Federal Təhlükəsizlik Xidmətinin (FTX) keçmiş zabitləri Sergey Mixaylov və Dmitri Dokuçayev dövlətə xəyanətdə ittiham olunurlar.
“Report” “İnterfax” istinadən xəbər verir ki, bunu müttəhimlərdən birinin vəkili “Komanda29”un rəhbəri İvan Pavlov bildirib.
İnformasiyaya əsasən, onlar ABŞ-ın xeyirinə casusluq etməkdə şübhəli bilinirlər. “Kaspersk laboratoriyası”nın keçmiş meneceri Ruslan Stoyanova qarşı da eyni ittiham irəli sürülüb.