Rusiya Baş Kəşfiyyat İdarəsinin keçmiş əməkdaşının qatilləri Ermənistana qaçıb

Rusiya Baş Kəşfiyyat İdarəsinin keçmiş əməkdaşının qatilləri Ermənistana qaçıb Rusiya Baş Kəşfiyyat İdarəsinin (BKİ) keçmiş xüsusi təyinatlısı Nikita Belyankinin qatilləri Ermənistana qaçıb.
Region
4 İyun , 2019 12:25
Rusiya Baş Kəşfiyyat İdarəsinin keçmiş əməkdaşının qatilləri Ermənistana qaçıb

Rusiya Baş Kəşfiyyat İdarəsinin (BKİ) keçmiş xüsusi təyinatlısı Nikita Belyankinin qatilləri Ermənistana qaçıb.

“Report” “News.am”a istinadən xəbər verir ki, bunu keçmiş döyüşçünün atası Aleksey Belyankin bildirib.

O, iyunun 4-də Rusiya İstintaq Komitəsinin nümayəndələrinə müraciət etdiyini bildirib: “Onlar mənə şübhəlilərin hamısını müəyyənləşdirdiklərini dedilər. Bildirdilər ki, bir şübhəli artıq saxlanılıb, istintaq onu dindirir. Hadisə iştirakçılarının çoxu Ermənistana qaçıb. Mənə dedilər ki, Ermənistan bu işlə bağlı şübhəlilərin hamısını verəcək”.

Rusiya İstintaq Komitəsinin Mətbuat xidməti istintaq getdiyindən şərh verməkdən imtina edib.

Bildirilib ki, hadisə iyunun 2-də gecə saatlarında Moskva vilayətinin Krasnoqorsk rayonu Putilkovo kəndində “Bir-Hous” adlı barda baş verib. Şübhəlilərdən biri müəssisənin sahibi Qriqor O.-dur.

Məlumata görə, Belyankin barın yaxınlığında 10 nəfərin iki nəfəri döydüyü dava-dalaşa qoşulub. Keçmiş döyüşçü tapança ilə havaya xəbərdarlıq atəşi açaraq diqqəti özünə cəlb etmək istəyib. Havaya daha bir neçə atəş açdıqdan sonra hadisə yerindən çıxa bilsə də, olayın iştirakçılarından biri onu bıçaqlayaraq öldürüb. 

Son xəbərlər

Orphus sistemi