Rusiya ilə Türkiyə xarici işlər nazirlərinin görüşü başladı

Rusiya ilə Türkiyə xarici işlər nazirlərinin görüşü başladı Soçi şəhərində Rusiya və Türkiyə xarici işlər nazirləri Sergei Lavrov ilə Mövlud Çavuşoğlu arasında görüş başlayıb.
Region
29 Dekabr , 2020 13:46
Rusiya ilə Türkiyə xarici işlər nazirlərinin görüşü başladı
0 : 00
0 : 00

Soçi şəhərində Rusiya və Türkiyə xarici işlər nazirləri Sergey Lavrov ilə Mövlud Çavuşoğlu arasında görüş başlayıb.

“Report” xəbər verir ki, Rusiya – Türkiyə Yüksək Əməkdaşlıq Şurası çərçivəsində birgə strateji planlaşdırma qrupunun 8-ci iclası çərçivəsində keçirilən görüşün gündəliyində ikitərəfli və regional məsələlərin olduğu bildirilib.

Daha əvvəl Rusiya XİN-dən bildiriblər ki, danışıqlar zamanı beynəlxalq təşkilatlar çərçivəsindəki əməkdaşlığın daha səmərəli hala gətirilməsi, habelə Qarabağ məsələsinə dair Rusiya, Azərbaycan, Ermənistan liderlərinin 9 noyabr bəyanatının yerinə yetirilməsi ilə bağlı cari məsələlər müzakirə olunacaq.

Son xəbərlər

Orphus sistemi