Rusiya ilə Özbəkistan hərbi əməkdaşlığı genişləndirir

Rusiya ilə Özbəkistan hərbi əməkdaşlığı genişləndirir İki ölkə arasında hərbi-texniki əməkdaşlığın inkişaf etdirilməsinə dair müqavilə və 2017-ci il üzrə qarşılıqlı əməkdaşlıq planını imzalanıb
Region
29 Noyabr , 2016 16:34
Rusiya ilə Özbəkistan hərbi əməkdaşlığı genişləndirir

Bakı. 29 noyabr. REPORT.AZ/ Rusiya ilə Özbəkistan arasında hərbi-texniki əməkdaşlığın inkişaf etdirilməsinə dair müqavilə və iki ölkənin Müdafiə nazirlikləri arasında 2017-ci il üzrə qarşılıqlı əməkdaşlıq planını imzalanıb.

“Report” TASS-a istinadən xəbər verir ki, sənədi Rusiyanın müdafiə naziri Sergey Şoyqu və özbəkistanlı həmkarı Kabul Berdiyev imzalayıblar.

S.Şoyqu bildirib ki, hazırda mövcud olan təhdidlərin zərərsizləşdirilməsi üçün Orta Asiyada qüvvələrin birləşdirilməsi və həmrəylik mühüm əhəmiyyət daşıyır: “İŞİD və başqa bu kimi terrorçu qruplaşmaları ölkələrimizə buraxmamalıyıq”.

Rusiyanın müdafiə naziri vurğulayıb ki, 2020-ci ilədək Özbəkistan Silahlı Qüvvələrinin Rusiya istehsalı olan müasir silah və hərbi texnikası ilə modernləşdirilməsi proqramı yerinə yetiriləcək.

Son xəbərlər

Orphus sistemi