Rusiya ilə ABŞ arasında məsləhətləşmələrin keçirilməsi müzakirə olunur

Rusiya ilə ABŞ arasında məsləhətləşmələrin keçirilməsi müzakirə olunur Rusiya ABŞ-la ikitərəfli münasibətlərə dair məsləhətləşmələrin yeni mərhələsinə hazırlaşır.
Region
30 Yanvar , 2023 11:51
Rusiya ilə ABŞ arasında məsləhətləşmələrin keçirilməsi müzakirə olunur

Rusiya ABŞ-la ikitərəfli münasibətlərə dair məsləhətləşmələrin yeni mərhələsinə hazırlaşır.

“Report” Rusiya KİV-inə istinadən xəbər verir ki, bu barədə Rusiya xarici işlər nazirinin müavini Sergey Ryabkov bildirib.

O qeyd edib ki, görüşün vaxtı və yeri hələ məlum deyil: “İndi növbəti görüş üçün hazırlıq işləri ilə məşğuluq. Ümid edirik ki, kiçik addımlar ikitərəfli gündəliyin ən mühüm məsələləri üzrə qarşılıqlı məqbul həllərə gətirib çıxaracaq”.

Xatırladaq ki, ötən ilin dekabrında İstanbulda Rusiya ilə ABŞ arasında səfirliklərin işinin normallaşdırılması və ikitərəfli münasibətlərdə qıcıq doğuran amillərin aradan qaldırılmasına dair ikitərəfli məsləhətləşmələr keçirilib.

Son xəbərlər

Orphus sistemi