Rusiya İraqın şimalındakı layihələrin birindən imtina edib

Rusiya İraqın şimalındakı layihələrin birindən imtina edib O qeyd edib ki, şirkət belə böyük risk altında olan obyektdə fəaliyyət göstərməyə hazır deyil
Region
28 Sentyabr , 2017 18:23
Rusiya İraqın şimalındakı layihələrin birindən imtina edib

Bakı. 28 sentyabr. REPORT.AZ/ Rusiyanın “Qazprom-neft” dövlət şirkəti İraqın şimalındakı “Halabja” layihəsindən imtina edib.

“Report” şirkətin saytına istinadən xəbər verir ki, bunu “Gazprom Neft Middle East”in baş direktoru Sergey Petrov bildirib.

“Blokda aparılan geoloji-kəşfiyyat işləri göstərdi ki, təbii qaz yatağının kəşfinin perspektivi var. “Halabja” 2 min metr dağlıq ərazidə yerləşir. Orada infrastruktur yox dərəcəsindədir. Son hərbi əməliyyatlar nəticəsində orada minalanmış ərazilər qalıb”, - deyə S.Petrov vurğulayıb.

O qeyd edib ki, şirkət belə böyük risk altında olan obyektdə fəaliyyət göstərməyə hazır deyil.

Qeyd edək ki, bir müddət əvvəl Türkiyənin yalnız İraq hakimiyyəti ilə neft ticarəti edəcəyini planlaşdırdığına dair məlumat yayılmışdı.

Xatırladaq ki, Rusiyanın dövlət neft şirkəti “Rosneft” İraqın şimalındakı hökumətlə birlikdə təbii qaz kəməri tikintisinə başlayacaqlarını və həmin kəməri 2019-cu ildə istismara verəcəklərini bildirib. Bu müqavilənin dəyəri bir milyard dollardır.

Son xəbərlər

Orphus sistemi