Rusiya İranda konsulluq xidmətini dayandırdı

Rusiya İranda konsulluq xidmətini dayandırdı Rusiyanın İrandakı səfirliyinin Konsulluq şöbəsi fəaliyyətini müvəqqəti olaraq dayandırıb.
Region
219
28 Fevral , 2020 16:59
Rusiya İranda konsulluq xidmətini dayandırdı

Rusiyanın İrandakı səfirliyinin Konsulluq şöbəsi fəaliyyətini müvəqqəti olaraq dayandırıb. 

“Report” IRNA-ya istinadən xəbər verir ki, buna səbəb ölkədə koronavirusun miqyasının böyüməsidir.

Səfirlikdən bildirilib ki, İran vətəndaşları üçün sənəd qəbulu, fərdi, turizm, iş və tranzit vizaları müvəqqəti olaraq dayandırılıb. 

Eyni zamanda ölkədə yaşayan və işləyən əcnəbilərə, həmçinin vətəndaşlığı olmayan şəxslərə elektron və tranzit vizaların verilməsi də məhdudlaşdırılıb. 

Xatırladaq ki, rəsmi məlumata görə, İranda koronavirusdan ölənlərin sayı 34 nəfərdir. Virus daşıyıcılarının sayı isə 388-ə çatıb.   

Son xəbərlər

Orphus sistemi