Putin Rusiya hərbi bazasının Qırğız Respublikasında qalma müddətinin uzadılması barədə müqavilə imzalayıb

Putin Rusiya hərbi bazasının Qırğız Respublikasında qalma müddətinin uzadılması barədə müqavilə imzalayıb Rusiya Prezidenti Vladimir Putin Bişkekə səfəri zamanı Qırğız Respublikası ilə 17 müqaviləyə imza atıb.
Region
28 Mart , 2019 17:43
Putin Rusiya hərbi bazasının Qırğız Respublikasında qalma müddətinin uzadılması barədə müqavilə imzalayıb

Rusiya Prezidenti Vladimir Putin Bişkekə səfəri zamanı Qırğız Respublikası ilə 17 müqaviləyə imza atıb.

“Report” Qırğız KİV-inə istinadən xəbər verir ki, bu barədə Qırğız Respublikası dövlət başçısının rəsmi saytı məlumat yayıb.

V.Putinlə qırğız həmkarı Sooronbay Janbekov arasında keçirilən görüşdə iki ölkə arasında Rusiya hərbi bazasının Qırğız Respublikası ərazisində qalması, statusu haqqında razılaşmaya dəyişikliklərə dair müqavilə imzalanıb. 2012-ci il sentyabrın 20-də imzalanan protokola əsasən, Rusiyanın hərbi bazası Qırğız Respublikasında yerləşdirilib. Manas hərbi aviabazasında ABŞ hərbçiləri dislokasiya olunmuşdu. 

İmzalanan sənədlər arasında tərəflərin hərbi sahədə əməkdaşlıq, neft və neft məhsullarının tədürükü, dövlət xidmətindəki intelektual mülkiyyətlə bağlı mübadilə və başqa sənədlər var.

Qeyd edək ki, V.Putin martın 27-də Qırğız Respublikasına dövlət səfəri edib.

Son xəbərlər

Orphus sistemi