Rusiya hərbçiləri İzyum istiqamətində geri çəkilir

Rusiya hərbçiləri İzyum istiqamətində geri çəkilir Rusiya hərbçiləri İzyum istiqamətində geri çəkilməyə başlayıb.
Region
15 May , 2022 00:02
Rusiya hərbçiləri İzyum istiqamətində geri çəkilir

Rusiya hərbçiləri Ukraynanın İzyum şəhəri istiqamətində geri çəkilməyə başlayıb.

"Report" yerli KİV-ə istinadən xəbər verir ki, bu barədə Borovsk kənd şurası məlumat yayıb.

Hazırda Podvısokoyedə olan Rusiya hərbçiləri kütləvi şəkildə Qoroxovatkaya köçürlər.

“Yəqin ki, bu, Ukrayna Silahlı Qüvvələrinin əks-hücum əməliyyatı nəticəsində cəbhə xəttinin hərəkəti ilə bağlıdır: gecə və səhər Podvısokoye, Buqaevka, Kunyedən güclü partlayış səsləri eşidilib”, - məlumatda deyilir.

Bununla yanaşı, Rusiya ordusunun canlı qüvvəsi və texnikası daim dəyişir. Texnikanın bir hissəsi yaşayış məntəqələrində və yerli meşələrdə cəmləşməkdə davam edir.

Son xəbərlər

Orphus sistemi