Rusiya hərbçiləri Ermənistanda təlim keçirirlər

Rusiya hərbçiləri Ermənistanda təlim keçirirlər Bakı. 5 sentyabr. REPORT.AZ/ İkitərəfli bölük təlimləri çərçivəsində Rusiyanın Cənub Hərbi Dairəsinin Ermənistanda yerləşdirilən 2 mindən çox hərbçisinin döyüş hazırlıq vəziyyəti yoxlanılır.
Region
5 Sentyabr , 2018 11:03
Rusiya hərbçiləri Ermənistanda təlim keçirirlər

Bakı. 5 sentyabr. REPORT.AZ/ İkitərəfli bölük təlimləri çərçivəsində Rusiyanın Cənub Hərbi Dairəsinin Ermənistanda yerləşdirilən 2 mindən çox hərbçisinin döyüş hazırlıq vəziyyəti yoxlanılır.

“Report” RİA "Novosti”yə istinadən xəbər verir ki, bunu Cənub Hərbi Dairəsinin mətbuat xidməti bildirib.

Bildirilib ki, təlimlər bir həftə ərzində Rusiyanın Ermənistandakı Kəmxud və Alagəz poliqonlarında keçirilir. Təlimdə motoatıcı, tank, artilleriya, zenit-raket, kəşfiyya mühəndis və rabitə bölükləri iştirak edir.

Təlimə 2 mindən çox hərbçi, 400-ə yaxın avtomobil, zirehli texnika, o cümlədən “MiQ-29” qırıcı, “Mi-24P” və “Mi-8MTV” helikopterləri, pilotsuz uçan komplekslər cəlb edilib.

Son xəbərlər

Orphus sistemi