Rusiya hərbçiləri Donetskə hücum edib, ölən və yaralananlar var

Rusiya hərbçiləri Donetskə hücum edib, ölən və yaralananlar var Rusiya hərbçiləri Donetsk vilayətinə hücum həyata keçirib.
Region
22 May , 2022 00:28
Rusiya hərbçiləri Donetskə hücum edib, ölən və yaralananlar var

Rusiya hərbçiləri Donetsk vilayətinə hücum həyata keçirib.

"Report" UNİAN-a istinadən xəbər verir ki, bu barədə Donetsk Regional Hərbi Administrasiyasının rəhbəri Pavel Kirilenko bildirib.

Onun sözlərinə görə, hücum nəticəsində 7 nəfər ölüb, daha 10 nəfər yaralanıb.

Məlumata görə, Rusiya ordusu hazırda Slavyansk istiqamətində hücumu bərpa etməyə hazırlaşır və Liman bölgəsində əməliyyat keçirməyi planlaşdırır.

Son 24 saat ərzində Birləşmiş Qüvvələr Qrupunun hərbçiləri Donbasda 11 hücumu dəf ediblər. Nəticədə ukraynalı müdafiəçilər 8 tank və 3 artilleriya sistemi də daxil olmaqla 30 texnikanı məhv ediblər.

Son xəbərlər

Orphus sistemi