Rusiya Gürcüstanla viza rejimini ləğv edə bilər

Rusiya Gürcüstanla viza rejimini ləğv edə bilər Moskva Tbilisiyə vizasız rejimin tətbiqinə dair konkret təkliflər təqdim edib
Region
31 Oktyabr , 2017 06:03
Rusiya Gürcüstanla viza rejimini ləğv edə bilər

Bakı. 31 oktyabr. REPORT.AZ/ Rusiya Gürcüstan vətəndaşları üçün viza rejimini qarşılıqlı əsasda ləğv edilə bilər.

“Report” xəbər verir ki, bunu Rusiya xarici işlər nazirinin müavini Qriqori Karasin deyib.

"Gələcəkdə qarşılıqlı əsasda vizasız rejimin tətbiq oluna biləcəyini istisna etmirik. Buna doğru irəliləməyin çətin olması isə başqa söhbətin mövzusudur. Hər şeydən əvvəl daima diplomatik münasibətlərin olmaması maneəçilik törədir. Bildiyiniz kimi, münasibətlər Tbilisinin təşəbbüsü ilə dayandırılıb", - deyə o əlavə edib.

Nazir müavini qeyd edib ki, müvafiq qərarın qəbulu zamanı transsərhəd təhlükələrin artdığını, eləcə də terror və qeyri-leqal miqrasiya məsələlərini nəzərə almaq lazımdır.

Karasin Rusiyanın Gürcüstan tərəfinə aviaheyət üzvləri üçün vizasız rejimin tətbiqinə dair konkret təkliflər təqdim edib.

Son xəbərlər

Orphus sistemi