Rusiya FTX terrorçu təşkilata üzvlükdə şübhəli bilinən 15 nəfəri saxlayıb

Rusiya FTX terrorçu təşkilata üzvlükdə şübhəli bilinən 15 nəfəri saxlayıb Rusiya Federal Təhlükəsizlik Xidmətinin (FTX) Sverdlovsk vilayətində keçirdiyi üç xüsusi əməliyyat çərçivəsində terrorçu cəmiyyətin üzvü olmaqda şübhəli 15 nəfər saxlanılıb.
Region
23 Sentyabr , 2021 11:37
Rusiya FTX terrorçu təşkilata üzvlükdə şübhəli bilinən 15 nəfəri saxlayıb

Rusiya Federal Təhlükəsizlik Xidmətinin (FTX) Sverdlovsk vilayətində keçirdiyi üç xüsusi əməliyyat çərçivəsində terrorçu cəmiyyətin üzvü olmaqda şübhəli bilinən 15 nəfər saxlanılıb.

“Report” TASS-a istinadən xəbər verir ki, məlumatı Rusiya Federal Təhqiqat Xidmətinin regional idarəsinin mətbuat xidməti yayıb.

Məlumata görə, həmin şəxslərdən 3 kq ammonium-nitrat tərkibli partlayıcı maddə aşkarlanaraq götürülüb.

Bildirilib ki, onlarla əcnəbinin ölkədən deportasiyası, bəzilərinin isə Rusiyaya girişinə müəyyən müddətə qadağa qoyulması barədə qərar qəbul edilib.

Qeyd edək ki, FTX-nin əməkdaşları bir müddət əvvəl Mərkəzi Asiyadan olan əmək miqrantlarını terrorçuluq fəaliyyətində şübhəli bilərək saxlamışdı.

Son xəbərlər

Orphus sistemi