Rusiya Federasiya Şurasının sədri Ermənistana səfər edə bilər

Rusiya Federasiya Şurasının sədri Ermənistana səfər edə bilər Rusiya Federasiyası Federal Məclisi Federasiya Şurasının sədri Valentina Matviyenkonun Ermənistana səfəri hazırlanır.
Region
21 Yanvar , 2025 15:33
Rusiya Federasiya Şurasının sədri Ermənistana səfər edə bilər

Rusiya Federasiyası Federal Məclisi Federasiya Şurasının sədri Valentina Matviyenkonun Ermənistana səfəri hazırlanır.

“Report” TASS-a istinadən xəbər verir ki, bunu Rusiya xarici işlər naziri Sergey Lavrov Moskvada Ermənistanın xarici işlər naziri Ararat Mirzoyanla danışıqların yekunlarına həsr olunan mətbuat konfransında deyib.

"Federasiya Şurasının sədri Valentina Matviyenkonun Ermənistana səfəri üzərində işləyirik. Ümid edirik ki, bu səfər zamanı 10-cu Rusiya-Ermənistan regionlararası forumunu keçirə biləcəyik", - o qeyd edib.

Son xəbərlər

Orphus sistemi