Rusiya Ermənistanda snayper təlimləri keçirir

Rusiya Ermənistanda snayper təlimləri keçirir Snayper hazırlığı üzrə sahə təlimlərində CHD-nin 200 hərbi qulluqçusu iştirak edir
Region
27 İyun , 2018 12:26
Rusiya Ermənistanda snayper təlimləri keçirir
0 : 00
0 : 00

Bakı. 27 iyun. REPORT.AZ/ Rusiyanın Ermənistanda yerləşən Cənub Hərbi Dairəsi (CHD) taktiki-xüsusi təlimlər çərçivəsində snayper bölmələri üçün müasir silahlı münaqişələr şəraitində təlimlər keçirir.

Bu barədə "Report" Ermənistan KİV-inə istinadən xəbər verir.

Qeyd olunur ki, hərbi təlimatçılar "Kəmxud" yüksək dağlıq poliqonunda snayperləri dağlıq-meşəlik ərazi şəraitində şərti düşməni cütlü orientasiya, axtarış, aşkarlama və məhv etmə üzrə yeni təlimlər keçirir.

Snayper hazırlığı üzrə sahə təlimlərində CHD-nin, təxminən, 200 hərbi qulluqçusu iştirak edir.

Son xəbərlər

Orphus sistemi