​Rusiya Ermənistana satdığı təbii qazın qiymətini yenə endirib

​Rusiya Ermənistana satdığı təbii qazın qiymətini yenə endirib "Qazprom" hər il Ermənistana 2,5 milyard kub metr "mavi yanacaq" tədarük edir
Region
8 Aprel , 2016 08:39
​Rusiya Ermənistana satdığı təbii qazın qiymətini yenə endirib

Bakı. 8 aprel. REPORT.AZ/ Rusiya Ermənistana satdığı təbii qazın min kub metrinin qiymətini 15 dollar ucuzlaşdıraraq, 165 dollardan 150 dollara endirib.

"Report" Ermənistan KİV-inə istinadən xəbər verir ki, bunu ölkənin baş naziri Ovik Abramyan rusiyalı həmkarı Dmitri Medvedevlə görüşünün nəticələrindən danışarkən deyib.

Onun sözlərinə görə, bu istiqamətdə danışıqlar davam edir: "Bunun yekunda istehlakçıya təsiri məsələsi hələ ki, müzakirə olunur".

O.Abramyan bununla da Rusiyanın Ermənistana satdığı təbii qazın qiymətini 9 faiz ucuzlaşdırdığını vurğulayıb.

Qeyd edək ki, 2015-ci ilin sentyabrında Rusiya ermənilərə satdığı təbii qazın qiymətinin 189 dollardan 165 dollardək endirmişdi. "Qazprom Armeniya" isə təbii qazın min kubmetrini əhaliyə 320 dollara satmaqdadır.

2013-cü ilin dekabrında Rusiyanın "Qazprom" şirkəti ilə "Qazprom Armeniya" arasında imzalanan müqaviləyə əsasən, Rusiya tərəfi 2014-2018-ci illərdə Ermənistana hər il 2,5 milyard kub metr "mavi yanacaq" tədarük etməlidir.

Mütəxəssislər Moskvanın Yerevana təbii qazı son 7 ayda 49 dollar ucuzlaşdırmasını Rusiyanın Ermənistana hərtərəfli yardımının tərkib hissəsi sayır. Çünki bu müddət ərzində əhaliyə satılan təbii qazın qiymətində endirim müşahidə edilməyib. 

Son xəbərlər

Orphus sistemi