Rusiya ekstremist təşkilatlara qatılan şəxslərin vətəndaşlığını ləğv edə bilər

Rusiya ekstremist təşkilatlara qatılan şəxslərin vətəndaşlığını ləğv edə bilər Vladimir Putin: "Hökumət müvafiq mexanizm tapmaq niyyətindədir"
Region
12 Aprel , 2017 10:10
Rusiya ekstremist təşkilatlara qatılan şəxslərin vətəndaşlığını ləğv edə bilər

Bakı. 12 aprel. REPORT.AZ/ Rusiya hökuməti ekstremist təşkilatların sıralarına qoşulan rusiyalıların ölkə vətəndaşlığından çıxarılması üçün bir yol tapacaq.

"Report" xəbər verir ki, bu barədə Rusiya prezidenti Vladimir Putin "MİR-24" teleşirkətinə verdiyi müsahibədə bildirib.

"Rusiya Konstitusiyasına uyğun olaraq, biz heç kimi vətəndaşlıqdan məhrum edə bilmərik. Amma Rusiya vətəndaşlığı almaq üçün əsas olan müvafiq qərarları ləğv edə bilərik. Hüquqşünaslarla məsləhətləşmələr aparacağıq və məncə, ən yaxın zamanda belə qərarlar qəbul ediləcək", - deyə V.Putin vurğulayıb.

Qeyd edək ki, daha əvvəl Qazaxıstan prezidenti Nursultan Nazarbayev İŞİD terror qruplaşmasının sıralarına qoşulmuş qazaxların Qazaxıstan vətəndaşlığından məhrum olunmasını təklif edib.

Son xəbərlər

Orphus sistemi