Rusiya dronlarla Dneprə hücum edib, yaralananlar var

Rusiya dronlarla Dneprə hücum edib, yaralananlar var Rusiya Silahlı Qüvvələri “Şahid” dronları vasitəsilə Ukraynanın Dnepr şəhərinə hücum çəkməsi nəticəsində dörd nəfər yaralanıb, törədilmiş dağıntılar altında insanlar qalıb.
Region
23 fevral 2024 02:07
Rusiya dronlarla Dneprə hücum edib, yaralananlar var

Rusiya Silahlı Qüvvələri “Şahid” dronları vasitəsilə Ukraynanın Dnepr şəhərinə hücum çəkməsi nəticəsində dörd nəfər yaralanıb, törədilmiş dağıntılar altında insanlar qalıb.

“Report” xəbər verir ki, bu barədə vilayət dövlət administrasiyasının başçısı Serhiy Lısak teleqramda açıqlayıb.

“Rusiyalılar “Şahid”lərlə vilayətə hücum edib. Dneprdə çoxmərtəbəli binaya zərbə endirilib. İlkin dörd nəfərin yaralandığı məlumdur. Dağıntılar altında insanlar qalıb. Axtarış-xilasetmə əməliyyatı davam etdirilir”, – o qeyd edib.

Xatırladaq ki, daha öncə Rusiya qüvvələrinin Donetsk vilayətinin Konstyatınopolske kəndini atəşə tutması bir nəfərin ölümü, doqquz nəfərin yaralanması ilə sonuclanmışdı.

Son xəbərlər

Orphus sistemi