Rusiya Dövlət Duması xarici KİV-in əcnəbi agent kimi tanınmasını təsdiqləyib

Rusiya Dövlət Duması xarici KİV-in əcnəbi agent kimi tanınmasını təsdiqləyib Bakı. 15 noyabr. REPORT.AZ/ Rusiya Dövlət Dumasının iclasında kütləvi informasiya vasitələrini xaricdən maliyyə aldığı təqdirdə əcnəbi agent kimi tanınması ilə bağlı qanuna düzəlişin lehinə səs verilib.
Region
15 Noyabr , 2017 13:23
Rusiya Dövlət Duması xarici KİV-in əcnəbi agent kimi tanınmasını təsdiqləyib

Bakı. 15 noyabr. REPORT.AZ/ Rusiya Dövlət Dumasının iclasında kütləvi informasiya vasitələrini xaricdən maliyyə aldığı təqdirdə əcnəbi agent kimi tanınması ilə bağlı qanuna düzəlişin lehinə səs verilib.

"Report" TASS-a istinadən xəbər verir ki, Deputatlar Palatasının bu qərarı ABŞ-ın Ədliyyə Nazirliyinin "Russia Today America" telekanalından - Rusiyanın televiziya şirkətinin ABŞ filialından əcnəbi agent kimi qeydiyyatdan keçməyi tələb etməsinə cavab addımı olub.

Bu statusu əldə etdikdən sonra KİV hazırda qeyri-kommersiya təşkilatları üçün nəzərdə tutulan məhdudiyyətlər və öhdəliklər ilə üzləşəcək, eyni zamanda qanun pozuntusu təqdirində qeyri-kommersiya təşkilatları ilə eyni məsuliyyət daşıyacaq.

Son xəbərlər

Orphus sistemi