​Rusiya Dövlət Duması Türkiyə parlamenti ilə əməkdaşlığı dayandırıb

​Rusiya Dövlət Duması Türkiyə parlamenti ilə əməkdaşlığı dayandırıb Duma sədrinin müavini: "Rusiya və Türkiyə parlamentariləri arasında əməkdaşlıq rəsmi səviyyədə kəsilib
Region
8 Dekabr , 2015 10:27
​Rusiya Dövlət Duması Türkiyə parlamenti ilə əməkdaşlığı dayandırıb

Bakı. 8 dekabr. REPORT.AZ/ Rusiya Dövlət Duması Türkiyə Böyük Millət Məclisi ilə əməkdaşlığı dayandırıb.

"Report" "RİA Novosti"yə istinadən xəbər verir ki, bunu Duma sədrinin müavini, "Ədalətli Rusiya" ("Spravedlivaya Rossiya") Partiyasının sədri Nikolay Leviçev bildirib.

O qeyd edib ki, Rusiya və Türkiyə parlamentariləri arasında əməkdaşlıq rəsmi səviyyədə kəsilib: "Çünki Türkiyə parlamenti hakimiyyətin orqanıdır. Ancaq "Ədalətli Rusiya" ilə Türkiyənin siyasi qüvvələri arasında təmaslar qalmaqdadır. Türkiyə parlamenti xalq tərəfindən seçildiyi üçün biz türkləri düşmən saymırıq. Prezident Vladimir Putin Federal Şuraya müraciətində demişdi ki, biz onları rəsmi Ankaraya bərabər tutmuruq". 

Son xəbərlər

Orphus sistemi