Rusiya Dövlət Duması seçkilərdə məsafədən səsvermənin tərəfdarıdır

Rusiya Dövlət Duması seçkilərdə məsafədən səsvermənin tərəfdarıdır Rusiya Dövlət Duması seçkilərdə və referendumlarda poçt və məsafədən səsvermə imkanlarına dair düzəlişləri dəstəkləyib.
Region
13 May , 2020 17:35
Rusiya Dövlət Duması seçkilərdə məsafədən səsvermənin tərəfdarıdır

Rusiya Dövlət Duması seçkilərdə və referendumlarda poçt və məsafədən səsvermə imkanlarına dair düzəlişləri dəstəkləyib.

“Report”un Rusiya bürosunun məlumatına görə, bu barədə Vahid Rusiya Partiyasının Mətbuat xidmətindən bildirilib.

Dəyişikliklər Dövlət Dumasının Nəzarət və Tənzimləmə Komitəsinin sədri Olqa Savastyanova başda olmaqla bir qrup deputat tərəfindən təklif edilib.

“Bu gün qanun vətəndaşlara poçtla səs verməyə imkan verir. Bunun üçün Rusiya Federasiyasının subyektləri müvafiq formatda səsvermə keçirmək haqqında qanun qəbul etməlidirlər. Bununla yanaşı, məsafədən elektron səsvermə imkanı yoxdur, buna görə ayrı-ayrı qanunlar qəbul etmək lazımdır”, - bəyanatda deyilir.

Bu formatdakı səsvermə halları və prosedurları Rusiya Mərkəzi Seçki Komissiyası tərəfindən müəyyənləşdiriləcək.

Son xəbərlər

Orphus sistemi