Rusiya Dövlət Duması ABŞ sanksiyalarının icrasına görə cəza tətbiq etməyi düşünür

Rusiya Dövlət Duması ABŞ sanksiyalarının icrasına görə cəza tətbiq etməyi düşünür Cinayət cəzası yalnız fiziki şəxslərə verilə bilər, hüquqi şəxslər üçün isə cərimələr tətbiq olunacaq
Region
24 Aprel , 2018 10:51
Rusiya Dövlət Duması ABŞ sanksiyalarının icrasına görə cəza tətbiq etməyi düşünür

Bakı. 24 aprel. REPORT.AZ/ Ruisya Dövlət Duması ölkə ərazisində ABŞ sanksiyalarının icrasına görə cinayət məsuliyyəti haqqında qanun layihəsi hazırlayacaq.

"Report" RİA "Novosti"yə istinadən xəbər verir ki, bu barədə "Vahid Rusiya" fraksiyasının rəhbərinin birinci müavini Andrey İsayev bildirib.

Onun sözlərinə görə, cinayət cəzası yalnız fiziki şəxslərə verilə bilər, hüquqi şəxslər üçün isə cərimələr tətbiq olunacaq.

O əlavə edib ki, qanun layihəsi yaz sessiyasında qəbul edilə bilər.

Son xəbərlər

Orphus sistemi