Rusiya DİN: Moskvada Vladimir Putinə dəstək mitinqinə 130 min nəfər gəlib

Rusiya DİN: Moskvada Vladimir Putinə dəstək mitinqinə 130 min nəfər gəlib Putin himni mitinqə gələn tərəfdarları ilə birlikdə oxuyub
Region
3 Mart , 2018 17:56
Rusiya DİN: Moskvada Vladimir Putinə dəstək mitinqinə 130 min nəfər gəlib

Bakı. 3 mart. REPORT.AZ/ Moskvada Rusiya prezidenti Vladimir Putinə dəstək mitinqinə, təxminən, 130 min nəfər gəlib.

"Report" "RİA Novosti"yə istinadən xəbər verir ki, bu barədə Rusiya Daxili İşlər Nazirliyinin rəsmi nümayəndəsi İrina Volk bildirib.

İ.Volk əlavə edib ki, "Lujniki" idman kompleksinin ərazisində baş tutan "Güclü Rusiya naminə" adlı mitinq-konsertinin təhlükəsizliyini polis və Rusiya Milli Qvardiyasının əməkdaşları təmin edir.

Mitinq-konsertdə V.Putin dövlət himnini ora toplaşan tərəfdarlarıyla birlikdə oxuyub.

Son xəbərlər

Orphus sistemi