Rusiya DİN miqrantları Uzaq Şərqə göndərmək niyyətindədir

Rusiya DİN miqrantları Uzaq Şərqə göndərmək niyyətindədir Rusiya Daxili İşlər Nazirliyi 2018-2020-ci illər üzrə miqrasiya siyasətinin yeni konsepsiyasını hazırlayıb
Region
30 İyun , 2017 16:29
Rusiya DİN miqrantları Uzaq Şərqə göndərmək niyyətindədir

Bakı. 30 iyun. REPORT.AZ/ Rusiya Daxili İşlər Nazirliyi 2018-2020-ci illər üzrə miqrasiya siyasətinin yeni konsepsiyasını hazırlayıb.

"Report" RİA "Novosti"yə istinadən xəbər verir ki, sənədə əsasən, miqrantların Baykal və Uzaq Şərq regionlarında yaşamasını stimullaşdırmaq təklif olunur.

DİN-dən bildiriblər ki, konsepsiya milli və ictimai təhlükəsizliyi, əhalinin rahatlığı və rifahını təmin etmək, eləcə də ölkənin demoqrafik və sosial-iqtisadi inkişafına töhfə vermək üçün nəzərdə tutulub.

Yeni sistemə əsasən, miqrantlar müvəqqəti yaşayış icazəsini zəruri infrastrukturun yaradıldığı, əmək bazarında onların peşələrinə təlabat olan yerlərdə ala biləcəklər, həmçinin regiondakı demoqrafik vəziyyət də nəzərə alınacaq.

Son xəbərlər

Orphus sistemi