Rusiya DİN-də miqrantların ölkədən çıxarılması üçün maliyyə vəsaiti çatmır

Rusiya DİN-də miqrantların ölkədən çıxarılması üçün maliyyə vəsaiti çatmır Vladimir Kolokoltsev: "Deportasiya ediləcək miqrantlar üçün nəzərdə tutulan xüsusi məntəqələrdəki şərait heç də yaxşı deyil"
Region
14 Dekabr , 2016 15:43
Rusiya DİN-də miqrantların ölkədən çıxarılması üçün maliyyə vəsaiti çatmır

Bakı. 14 dekabr. REPORT.AZ/ Rusiyada miqrantların ölkədən çıxarılması üçün maliyyə vəsaitlərinin çatışmazlığı mövcuddur.

"Report" xəbər verir ki, bu barədə Rusiya daxili işlər naziri Vladimir Kolokoltsev Federasiya Şurasındakı çıxışı zamanı bildirib.

Onun sözlərinə görə, miqrantların məcburi çıxarılması üçün hökumət tərəfindən ayrılan 100 milyon rubl miqrantlar üçün nəzərdə tutulan xüsusi məntəqələrdə olan 4428 nəfərdən yalnız 1650 nəfərin ölkədən göndərilməsinə yardım edib.

Rusiya DİN başçısı vurğulayıb ki, deportasiyaya məruz qalacaq miqrantlar üçün nəzərdə tutulan xüsusi məntəqələr artıq tam dolub. Onun sözlərinə görə, belə məntəqələrdəki şərait heç də yaxşı deyil.

Son xəbərlər

Orphus sistemi