Rusiya Çexiya səfirliyinin 20 əməkdaşını “persona non qrata” elan edib

Rusiya Çexiya səfirliyinin 20 əməkdaşını “persona non qrata” elan edib Onlar Rusiyanı 19 aprelə qədər tərk etməlidirlər
Region
18 Aprel , 2021 22:51
Rusiya Çexiya səfirliyinin 20 əməkdaşını “persona non qrata” elan edib

Rəsmi Moskva Rusiya diplomatlarının Çexiyadan çıxarılmasına anoloji qərarla cavab verib.

“Report” Rusiya Xarici İşlər Nazirliyinə istinadən xəbər verir ki, Çexiya respublikasının Moskvadakı səfirliyinin 20 əməkdaşı “persona non qrata” elan edilib.

Onlar Rusiyanı 19 aprelə qədər tərk etməlidirlər.

Bundan əvvəl Çexiya respublikasının fövqəladə və səlahiyyətli səfiri Vitezslav Pivonka rəsmi Praqanın rus diplomatları ölkədən çıxaracağı ilə bağlı bəyanatından sonra Rusiya Xarici İşlər Nazirliyinə çağırılıb.

Son xəbərlər

Orphus sistemi