Rusiya bu ilin əvvəlindən 15 milyard dollar dəyərində silah ixrac edib

Rusiya bu ilin əvvəlindən 15 milyard dollar dəyərində silah ixrac edib Bakı. 7 noyabr. REPORT.AZ/ 2017-ci ildə Rusiya silahlarının ixracatı 15,3 milyard dollar təşkil etməlidir.
Region
7 noyabr 2017 12:01
Rusiya bu ilin əvvəlindən 15 milyard dollar dəyərində silah ixrac edib

Bakı. 7 noyabr. REPORT.AZ/ "2017-ci ildə Rusiya silahlarının ixracatı 15,3 milyard dollar təşkil etməlidir".

"Report" TASS-a istinadən xəbər verir ki, bunu Rusiya prezidenti Vladimir Putin hərbi-texniki əməkdaşlıq komissiyasının iclasında bildirib.

"Bu ilin ilk üç rübündə hərbi-texniki əməkdaşlıq xətti üzrə sifariş portfeli 45 milyard dolları ötüb. Plana görə, 2017-ci ildə ixracın həcmi 15,3 milyard dollar olmalıdır", - V.Putin deyib.

Onun sözlərinə görə, qarşıya qoyulan planları tam yerinə yetirmək və əlbəttə ki, hərbi-texniki əməkdaşlıq sahəsində işlərin səmərəliliyini daim artırmaq, eləcə də sifarişçilər qarşısında müqavilə öhdəliklərinin yerinə yetirilməsinə nəzarəti gücləndirmək lazımdır.

Son xəbərlər

Orphus sistemi