Rusiya Qərbə beynəlxalq təhlükəsizliklə bağlı yeni razılaşmalar sistemi təklif edir

Rusiya Qərbə beynəlxalq təhlükəsizliklə bağlı yeni razılaşmalar sistemi təklif edir Rusiya beynəlxalq təhlükəsizliklə bağlı Qərbə yeni razılaşmalar sistemini təklif edir
Region
31 dekabr 2021 08:15
Rusiya Qərbə beynəlxalq təhlükəsizliklə bağlı yeni razılaşmalar sistemi təklif edir

Rusiya beynəlxalq təhlükəsizliklə bağlı Qərbə yeni razılaşmalar sistemini təklif edir.

“Report” xəbər verir ki, bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov “RİA Novosti”yə müsahibəsində deyib.

“Bizim təkliflərimiz 1990-cı illərdə bütün Avro-Atlantik dövlətlərin rəhbərləri tərəfindən yekdilliklə təsdiq edilmiş təhlükəsizliyin bölünməzliyi və hərbi üstünlüyə nail olmaq cəhdlərindən imtina prinsipinə əsaslanan yeni sazişlər sisteminin yaradılmasına və qanuniləşdirilməsinə yönəlib. Xüsusilə qeyd edirəm: bizə məhz hüquqi təminatlar lazımdır, çünki Qərbdəki həmkarlarımız sistematik olaraq öz siyasi öhdəliklərini yerinə yetirmirlər. Mən heç Sovet və Rusiya rəhbərliyinə verilən şifahi vədlərdən danışmıram”, - nazir bildirib.

S.Lavrovun sözlərinə görə, ABŞ və NATO ilə razılaşmalar layihəsi paket xarakteri daşıyır və onların məqsədi NATO-nun Şərqə genişlənməsinin qarşısının alınması, habelə Rusiya sərhədləri yaxınlığında qoşun yerləşdirilməməsi barədə hüquqi çərçivədə təminat əldə etməkdir.

Son xəbərlər

Orphus sistemi