Rusiya beş ölkə ilə hava əlaqəsini məhdudlaşdırır

Rusiya beş ölkə ilə hava əlaqəsini məhdudlaşdırır Rusiya yeni növ koronavirusun (COVID-19) yayılmasının qarşısının alınması üzrə tədbirlər çərçivəsində bir neçə ölkə ilə hava əlaqəsini məhdudlaşdırır.
Region
2278
22 Mart , 2020 15:37
Rusiya beş ölkə ilə hava əlaqəsini məhdudlaşdırır

Rusiya yeni növ koronavirusun (COVID-19) yayılmasının qarşısının alınması üzrə tədbirlər çərçivəsində bir neçə ölkə ilə hava əlaqəsini məhdudlaşdırır.

“Report” xəbər verir ki, bu barədə “Rosaviasiya” məlumat yayıb.

Qeyd olunub ki, martın 23-dən Rusiya Türkiyə, Yaponiya, Tailand, Vyetnam və İndoneziya ilə aviaəlaqəni məhdudlaşdıracaq.

Uçuşlar yalnız Moskvadan həyata keçirilə biləcək. Bundan başqa bu ölkələrdən rusiyalıların gətirilməsi üçün çarter reysləri də təşkil olunacaq.

Son xəbərlər

Orphus sistemi