Rusiya Baş nazirinin müavini: Çörək və unun qiyməti artmaqda davam edəcək

Rusiya Baş nazirinin müavini: Çörək və unun qiyməti artmaqda davam edəcək Arkadiy Dvorkoviç ölkədə yaxın zamanlarda un və çörəyin qiymətinin artmaqda davam edəcəyini bildirib
Region
19 Yanvar , 2015 21:32
Rusiya Baş nazirinin müavini: Çörək və unun qiyməti artmaqda davam edəcək

BAKI. 19 yanvar. REPORT.AZ/ Rusiya Baş nazirinin müavini Arkadiy Dvorkoviç ölkədə yaxın zamanlarda un və çörəyin qiymətinin artmaqda davam edəcəyini bildirib.

"Report"un BBC-yə istinadən məlumatına görə, Dvorkoviç deyib ki, fevral ayından taxılın ixracına rüsum qoyulsa da, bahalaşma yaxın aylarda davam edəcək.

"Rüsüm yeridiləndən sonra taxıl ucuzlaşmağa başlayıb, buna baxmayaraq, yaxın aylarda çörək və unun bahalaşması tendensiyası davam edəcək", - Dvorkoviç deyib.

Baş nazir müavininin sözlərinə görə, hökümət hələlik qiymət tənzimlənməsini tətbiq etməsə də, qiymət artımının uzun müddət davam edəcəyi və 30 faizə çatacağı halda, bu variant istisna olunmur.

Dvorkoviçə görə qiymət tənzilənməsi ərzağın çatışmazlığına gətirib çıxara bilər.

Dövlət Dumasında "Yedinaya Rossiya" fraksiyasının iclasında çıxış edən Arkadi Dvorkoviç bildirib ki, bundan əvvəl, misal üçün qarabaşaq yarmasına qiymətin dondurulması bu məhsulun qıtlığı ilə nəticələnmişdi.

O, qeyd edib ki, Rusiyada qarabaşaq yarmasına daxili qiymətlər bu məhsulun digər iri dünya istehsalçısı olan dövlətlərdəki qiymətdən, misal üçün Çindəki qiymətlərdən aşağıdır.

Son xəbərlər

Orphus sistemi