Rusiya baş nazirinin keçmiş müavini vəfat edib

Rusiya baş nazirinin keçmiş müavini vəfat edib Rusiya baş nazirinin keçmiş müavini, hökumət administrasiyasının sabiq rəhbəri Sergey Pixodka 64 yaşında vəfat edib.
Region
26 Yanvar , 2021 17:47
Rusiya baş nazirinin keçmiş müavini vəfat edib
Sergey Pixodko

Rusiya baş nazirinin keçmiş müavini, hökumət administrasiyasının sabiq rəhbəri Sergey Pixodko 64 yaşında vəfat edib.

“Report” “RİA Novosti”yə istinadən xəbər verir ki, məlumatı Nazirlər Kabinetinin Mətbuat xidməti yayıb.

Onun ölümünün səbəbi hələlik məlum deyil.

O, 1957-ci il yanvarın 12-də Moskvada anadan olub. Keçmiş SSRİ-nin Çexoslovakiyadakı səfirliyində müxtəlif vəzifələrdə işləyib.

2013-cü ildə Rusiya Nazirlər Kabineti sədrinin müavini olub. 2018-ci ilin fevralında Korrupsiyaya qarşı Mübarizə Fondu tərəfindən aparılan bir araşdırma dərc olunduqdan sonra Aleksey Navalnı tərəfindən korrupsiyada ittiham edilmişdi.

Sergey Prixodko 2020-ci ildən Rusiyanın baş naziri Mixail Mişustinin köməkçisi işləyib.

Son xəbərlər

Orphus sistemi