Bakı. 18 oktyabr. REPORT.AZ/ Rusiyanın Baş naziri Dmitri Medvedev oktyabrın 24-də Yerevana səfər edəcək.
“Report” xəbər verir ki, bu barədə Ermənistan KİV-i məlumat yayıb.
İnformasiyaya əsasən, səfəri təşkil etmək məqsədi ilə oktyabrın 18-da xüsusi reyslə Rusiya baş nazirinin təhlükəsizlik, protokol və mətbuat xidmətinin əməkdaşları Ermənistana gedəcəklər.