Bakı. 3 oktyabr. REPORT.AZ/ Rusiya “Sberbank”ının Ukraynanın Lvov şəhərindəki şöbəsinin binasında yanğın olub.
“Report” TASS-a istinadən xəbər verir ki, bu barədə Ukrayna Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.
Yanğın nəticəsində heç kim xəsarət almayıb, binaya və oradakı mebellərə, avadanlığa ziyan dəyib.
Hadisənin səbəbi araşdırılır.
Qeyd edək ki, “Sberbank” Ukraynanın kommersiya bankıdır. Bu maliyyə təşkilatı Rusiya “Sberbank”ının 100 faizli “törəməsi”dir və “Sberbank” Beynəlxalq Qrupuna daxildir.