Rusiya azad iqtisadi zonada PUA zavodu tikir

Rusiya azad iqtisadi zonada PUA zavodu tikir Rusiya Tatarıstanda yerləşən Alabuqa Azad İqtisadi Zonasında yeni İHA zavodu tikir.
Region
28 may 2024 07:40
Rusiya azad iqtisadi zonada PUA zavodu tikir

Rusiya Tatarıstanda yerləşən Alabuqa Azad İqtisadi Zonasında yeni pilotsuz uçuş aparatı (PUA) zavodu tikir.

"Report" xəbər verir ki, bu barədə Türkiyənin "SavunmaSanayiST" portalı məlumat yayıb.

Saytın məlumatına görə, zavodda ildə 5 mindən çox “Shahed-136” tipli kamikadze PUA istehsalı planlaşdırılır.

Qeyd edilib ki, hazırda İran istehsalı olan “Shahed-136” Rusiya tərəfindən Ukrayna ilə müharibədə aktiv şəkildə istifadə olunur.

Son xəbərlər

Orphus sistemi