Rusiyanın baş naziri Mixail Mişustin ölkənin Avropa Şurasının qismən və uzadılmış qismən razılaşmalarında iştirakına xitam verilməsi haqqında fərman imzalayıb.
“Report” xəbər verir ki, martın 15-də Rusiya Avropa Şurasından çıxdığını elan edib. Bundan sonra Avropa Şurasının Nazirlər Komitəsi Nizamnamənin 8-ci maddəsinə (Nizamnamənin müddəalarının kobud şəkildə pozulması) uyğun olaraq Rusiyanın təşkilatdan çıxarılması barədə qərar qəbul edib və formal məcburetmə mexanizmindən istifadə etməklə, Rusiyanın təşkilatdakı üzvlüyünə birtərəfli qaydada xitam verib.
Qqərara əsasən, 16 mart 2022-ci il tarixindən etibarən Rusiyanın Avropa Şurasının aşağıdakı sazişlərində iştirakı dayandırılır:
- Narkotiklər və narkomaniyalar üzrə beynəlxalq əməkdaşlıq qrupu
- 1990-ci ildə imzalanan qismən saziş, hüquq vasitəsilə demokratiya üçün Avropa Komissiyasının yaradılması haqqında;
- Təbii fəlakətlər və texnoloji fəlakətlər zamanı proqnozlaşdırma, qarşısının alınması və yardım haqqında Avropa Şurasının Qismən Açıq Sazişi;
- Kinematoqrafik və audiovizual əsərlərin birgə istehsalı və yayımı üzrə Avropa Fondu
- Avropa Audiovizual Rəsədxanası;
- Avropa Şurasının idman üzrə uzadılmış qismən sazişi;
- Avropa Şurasının mədəni marşrutlar üzrə uzadılmış qismən razılaşması;
- Avropa Şurasının "Avropada tarixin tədrisi üzrə Rəsədxanası"nın uzadılmış qismən razılaşması.