Rusiya Avropa Şurasına üzvlük haqqı ödənişini dayandırıb

Rusiya Avropa Şurasına üzvlük haqqı ödənişini dayandırıb Rusiya XİN: "AŞPA-dakı vəziyyət getdikcə pisləşir"
Region
30 İyun , 2017 17:51
Rusiya Avropa Şurasına üzvlük haqqı ödənişini dayandırıb

Bakı. 30 iyun. REPORT.AZ/ Rəsmi Moskva Rusiya Federal Məclisi nümayəndə heyətinin Avropa Şurası Parlament Assambleyasındakı (AŞPA) səlahiyyətləri tam bərpa olunana qədər Avropa Şurasına 2017-ci il üçün üzvlük haqqı ödənişini dayandırmaq barədə qərar qəbul edib. 

"Report" xəbər verir ki, bu barədə Rusiya XİN-in saytında dərc edilən məlumatda deyilir.

XİN-dən bildirilib ki, Rusiya heç nəyə baxmayaraq, Avropa Şurasında tam qaydada işini, o cümlədən iştirak etdiyi Konvensiyalar üzrə öhdəliklərini yerinə yetirməyə sadiqdir.

Məlumatda Moskvanın AŞPA-da dərinləşən böhrandan narahatlıq hissi duyduğu qeyd olunub: "Parlament Assambleyasındakı vəziyyət getdikcə pisləşir. Orada Avropa Şurası çərçivəsində Rusiya ilə əməkdaşlığın normallaşmasına səsləyən parlamentarilərə qarşı təqib kampaniyası gedir".

Qeyd edək ki, Krımın anneksiyasından sonra Rusiya 2014-cü ilin aprel ayında AŞPA-da səs hüququndan məhrum edilib və bütün idarəetmə orqanlarından çıxarılıb.

Son xəbərlər

Orphus sistemi